Beynəlxalq Valyuta Fondu (BVF) "Qlobal mərkəzi bank rəqəmsal valyuta platforması" üzərində işləyir.
Teleqraf.com xəbər verir ki, bunu BVF-nin idarəedici direktoru Kristalina Georgiyeva deyib.
O, 114 mərkəzi bankın kəşf mərhələsində olduğunu bildirib.
Georgiyeva mərkəzi bank rəqəmsal valyutasının dünyada ən böyük pilot tətbiqinin 118 milyon iştirakçı ilə Çində həyata keçirildiyini deyib.