Ötən il Azərbaycan ilə Böyük Britaniya arasında ticarət dövriyyəsi 55 faiz artaraq 1 milyard dollar təşkil edib.
Teleqraf.com xəbər verir ki, bunu Azərbaycanın energetika naziri Pərviz Şahbazov bu gün Bakıda keçirilən, Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının milli bayramına - Kral III Çarlzın doğum gününə həsr olunmuş tədbirdə deyib.
"Böyük Britaniya Azərbaycanın iqtisadi müstəqilliyinin təmin edilməsində mühüm rol oynayan strateji tərəfdaşdır. Böyük Britaniya 34 milyarddan çox sərmayə ilə Azərbaycanda ən böyük xarici investordur. Ötən il iki ölkə arasında ticarət dövriyyəsi 55 faiz artaraq 1 milyard dolları ötüb. Bu dinamika cari ilin ilk beş ayında da davam edir", - deyə nazir bildirib.