27 İyun 2023 11:51
1 095
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyə Mərkəzi Bankının uçot dərəcəsini 8,5%-dən 15%-ə kimi artırmasından sonra lirə digər valyutalar qarşısında kəskin enişi davam etdirib.

Teleraf.com xəbər verir ki, iyunun 27-də birjalarda Dollar/TL məzənnəsi rekordunu yeniləyib 26,11 səviyyəsinə qədər yüksəlib, hazırda 25,60 səviyyəsində ticarət edilir.

Avro/TL məzənnəsi isə 28,56 səviyyəsini test edib. Beləliklə, TL bir gündə dollar qarşısında 3% dəyər itirib. Son bir ayda isə lirə 25% ucuzlaşıb.

Türkiyə Mərkəzi Bankı isə dolların bugünkü məzənnəsini alış üzrə 25.82 TL, satış üzrə 25.86 TL müəyyən edib


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər