27 İyun 2023 14:03
1 259
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ötən il Azərbaycanda kiçik və orta biznes subyektləri üzrə vergi daxilolmaları 2021-ci illə müqayisədə 61 % artaraq 2,9 milyard manata çatıb.

Teleqraf.com xəbər verir ki, bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov tviter hesabında yazıb.

Nazir bildirib ki, hesabat dövründə KOB-lar üzrə dövriyyə isə 2021-ci illə müqayisədə 19 % artaraq 38,8 milyard manata çatıb: "Bu gün Mikro, Kiçik və Orta Müəssisələr Günü qeyd olunur. KOB subyektlərinin fəaliyyətinin təşviqi iqtisadiyyatımızın şaxələnməsinə və qeyri-neft sektorunun inkişafına mühüm töhfələr verir. 2018-ci ildən 2021-ci ilə qədər olan dövr ərzində ölkəmizdə KOB subyektlərinin sayı 45 % artaraq 355 906-ya və qeyri-neft ÜDM-də payı 23,5 %-dən 26,6 %-ə yüksəlib. Sahibkarlarımıza davamlı uğurlar və nailiyyətlər arzulayırıq".


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər