27 İyun 2023 15:20
1 491
12 Punto 14 Punto 16 Punto 18 Punto

Trans-Adriatik Boru Kəməri (TAP) kommersiya əməliyyatlarına başlayandan bugünədək Yunanıstan, Bolqarıstan və İtaliyaya 25 milyard kubmetr təbii qazı təhlükəsiz şəkildə nəql edib.

Teleqraf.com xəbər verir ki, bu barədə TAP korsorsiumun tviter səhifəsində qeyd olunub.

Etibarlı enerji daşıyıcısı olan TAP Avropanın enerji təhlükəsizliyini daha da artırmaq üçün mərhələli şəkildə genişlənə bilər.

Qeyd edək ki, Azərbaycan qazının Avropaya tədarükü Cənub Qaz Dəhlizinin tərkib hissəsi olan Trans-Adriatik Boru Kəməri vasitəsilə 2020-ci ilin sonunda başlayıb. Tədarük 25 il üçün nəzərdə tutulub və həcmi 10 milyard kubmetrdən çox olmalıdır. Hazırda kəmərin ötürücülük qabiliyyəti ildə 12 milyard kubmetr qaz təşkil edir.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər