18 İyul 2023 09:14
899
12 Punto 14 Punto 16 Punto 18 Punto

Dünya bazarında "Azeri Light" markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 1,14 ABŞ dolları, yaxud 1,36 % azalaraq 82,96 ABŞ dolları təşkil edib.

Teleqraf.com xəbər verir ki, dünən hərracların nəticələrinə görə, “Brent” markalı neftin sentyabr fyuçersləri 78,5 ABŞ dollarına satılıb.

Azərbaycanın builki dövlət büdcəsində bir barel neftin orta qiyməti 60 ABŞ dollarından hesablanıb.

Xatırladaq ki, "Azeri Light" neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15,81 ABŞ dolları), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 ABŞ dolları) qeydə alınıb. Azərbaycanda neft əsasən "Azəri-Çıraq-Günəşli” (AÇG) yataqlar blokunun işlənməsi haqqında müqavilə çərçivəsində hasil edilir. Müqavilədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) payı 25 %-dir.


Müəllif: Teleqraf.com