24 İyul 2023 16:28
1 169
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya Afrika ölkələrinə Ukraynadan ala bilmədikləri taxılı həm kommersiya, həm də pulsuz göndərəcək.

Teleqraf.com xəbər verir ki, bu, Rusiya Prezidenti Vladimir Putin 27-28 iyulda Sankt-Peterburqda keçiriləcək Rusiya-Afrika Sammiti ilə bağlı yazdığı məqalədə qeyd olunub.

Putin ölkəsinin taxıl sazişindən çıxmasının Afrika ölkələrinə mənfi təsir etməyəcəyini bildirib: “ABŞ və avropalı işgüzar dairələr taxıl müqaviləsindən zənginləşmək üçün istifadə edir. Ukrayna taxılının 70 faizi yüksək və orta gəlirli ölkələrə gedir. Müqavilə çərçivəsində Efiopiya, Sudan, Somali, Yəmən və Əfqanıstan kimi ölkələrə Ukrayna taxılının yalnız 3 faizi çatır”.

Putin ölkəsinin bu il rekord məhsul gözlədiyinə diqqət çəkib: “Sizi əmin etmək istəyirəm ki, ölkəmiz Ukrayna taxılını həm kommersiya, həm də pulsuz əvəz edə bilər. Rusiya 2022-ci ildə Afrikaya 11,5 milyon ton taxıl, 2023-cü ilin ilk yarısında isə 10 milyon ton taxıl göndərdib”.


Müəllif: Yeganə Oqtayqızı

Oxşar xəbərlər