Rusiya rublunun nağd və nağdsız istifadəsi ilə yanaşı rəqəmsal istifadəsinə də başlanır.
Teleqraf.com xəbər verir ki, Rusiya Prezidenti Vladimir Putin bununla bağlı fərman imzalayıb.
Fərmana əsasən, ölkədə rəqəmsal rublun tətbiqi və ondan istifadə üçün elektron platformanın yaradılması haqqında qanun təsdiqlənib.
Qurulacaq yeni elektron platforma vasitəsilə yeni rubl formatında əməliyyatlar mümkün olacaq.
Fərmanda qeyd olunub ki, sözügedən platforma Rusiya Mərkəzi Bankı tərəfindən idarə olunacaq.