30 İyul 2023 01:02
1 219
12 Punto 14 Punto 16 Punto 18 Punto

Polşada güləş üzrə beynəlxalq turnir davam edir.

Teleqraf.com xəbər verir ki, yarişin dördüncü günündə sərbəst güləş üzrə yığmanın 2 üzvü mübarizə aparıb.

Osman Nurmaqomedov (92 kq) startda polşalı Filip Roqut üzərində inamlı qələbə qazanıb – 9:0. Nurmaqomedov daha sonra iki amerikalı güləşçini - Maykl Makkiavello (8:2) və Nikolas Stemmeti (11:0) məyus edib. Finalda polşalı Mixal Bielavskiyə heç bir şans tanımayan (10:0) Osman fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.

Georgi Meşvildişvili (125 kq) əvvəlcə bolqarıstanlı Georgi İvanovu (11:0), daha sonra isə almaniyalı Gennadi Kudinoviçi (6:4) üstələyib. Ancaq finalda amerikalı Nikolas Viazdovskiyə 2:9 hesabıyla məğlub olaraq gümüş medalla kifayətlənib.

İyulun 30-da milli komandanın 6 üzvü turnirdə çıxış edəcək.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər