4 Avqust 2023 21:24
3 358
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Ukrayna ordusunun Novorosiysk limanındakı əməliyyatı Qazaxıstan neftinin Bakı-Tiflis-Ceyhan xətti ilə daha çox nəql edilməsinə səbəb ola bilər”.

Teleqraf.com xəbər verir ki, bunu iqtisadçı Natiq Cəfərli deyib.

“Ukrayna ordusunun Novorosiysk limanına zərbə endirməsi və belə hücumların gələcəkdə mümkünlüyü Rusiyanın ixracını, əsas da neft ixracını sual altına salır. Bundan başqa, qardaş Qazaxıstan da neftinin 80 faizdən çoxunu bu liman vasitəsi ilə ixrac edirdi. Hücumdan sonra neft 86 dollara çatdı. Bir sözlə, Ukrayna ordusunun uğurlu əməliyyatı Qazaxıstan neftinin Bakı-Tiflis-Ceyhan xətti ilə daha çox nəql edilməsinə səbəb ola bilər. Bu da həm bizim üçün əlavə tranzit gəlirləri, həm də Qazaxıstanın Rusiyadan asılılığının azalması deməkdir”, - ekspert bildirib.


Müəllif: Mənsur Rəğbətoğlu