Almaniyanın “Commerzbankı” özünün cari il üçün ənənəvi proqnozunu açıqlayıb.
Teleqraf.com xəbər verir ki, bankın 2023-cü ilə olan gözləntisinə görə, qızıl kəskin bahalaşacaq.
Proqnozlara görə, 2023-cü ilin sonuna kimi qızılın spot qiyməti bir unsiya üçün 1950-2000 ABŞ dolları arasında olacaq.
Qeyd edək ki, qızılın bir unsiyasının bugünkü qiyməti 1209 AZN-dir.