Rusiya Mərkəzi Bankı rublun ucuzlaşmasından sonra keçirdiyi fövqəladə iclasda uçot dərəcəsini 3,5 baza bənd - 8,50%-dən 12%-ə qədər artırıb.
Teleqraf.com xəbər verir ki, qətnamənin mətnində təcili faiz artımının qiymət sabitliyi risklərini məhdudlaşdırmaq məqsədi daşıdığı bildirilib.
Qeyd edək ki, Rusiya Mərkəzi Bankı ötən ay uçot dərəcəsini 100 bənd artıraraq 8,5 faizə çatdırıb.
Müharibə xərcləri artdıqca və ixracı kəskin azaldıqca, rublun dəyərdən düşməsi sürətlənib. Bazar ertəsi 1 ABŞ dolları 100 rubl təşkil edib.