17 Avqust 2023 17:00
766
12 Punto 14 Punto 16 Punto 18 Punto

2023-cü ilin ikinci rübündə Avropa İttifaqı (Aİ) ölkələrində şirkətlərin iflası ilə bağlı müraciətlərin sayı əvvəlki rüblə müqayisədə 8,4 faiz artıb. Bu, məlumatların toplanmağa başladığı 2015-ci ildən bəri ölçülən ən yüksək səviyyəyə hesab olunur.

Teleqraf.com xəbər verir ki, məlumatı Avropa Statistika İdarəsi (Eurostat) açıqlayıb.

Sözügedən dövrdə iqtisadiyyatın bütün sahələrində korporativ iflaslar əvvəlki rüblə müqayisədə artıb. Fəaliyyət sahələrinə görə iflaslarda ən çox artım 23,9 faizlə yaşayış və ictimai iaşə xidmətlərində, 15,2 faizlə daşınma və anbarda, 10,1 faizlə təhsil, səhiyyə və sosial fəaliyyət sahələrində olub.

Əvvəlki rüblə müqayisədə iflas ərizələrində ən çox artım müşahidə olunan ölkələr Macarıstan (40,8 faiz), Latviya (24,8 faiz) və Estoniya (24,6 faiz) olub.

Son 6 rübdə Aİ ölkələrində sahibkarlıq subyektlərinin iflas bəyannamələrinin sayı artıb.

İkinci rübdə yeni açılan şirkətlərin sayı da əvvəlki rüblə müqayisədə 0,6 faiz azalıb.


Müəllif: Yeganə Oqtayqızı

Oxşar xəbərlər