18 Avqust 2023 18:14
858
12 Punto 14 Punto 16 Punto 18 Punto

Avropa İttifaqına (Aİ) üzv ölkələrin təbii qaz anbarlarının doluluq nisbəti 90 faizi ötüb.

Teleqraf.com xəbər verir ki, bunu Avropa İttifaqı (Aİ) Komissiyasının sədri Ursula fon der Leyen açıqlayıb.

Sədr qeyd edib ki, qaz çənləri qrafikdən xeyli əvvəl 90 faizə çatıb: “Yığılan qaz qış dövründə enerji təchizatı təhlükəsizliyinə töhfə verəcək”.

Von der Leyen Rusiya qazından imtina etdiklərinə də diqqət çəkib: “Enerji mənbələrinin müxtəlifliyini artırmaq üçün işlər davam etdirilir”.

“Gas Infrastucture Europe”nin məlumatlarına görə, bu günə üzv ölkələrdə təbii qaz anbarlarının doluluq nisbəti 90,12 faiz səviyyəsindədir.

Normal dövrlərdə ildə təxminən 400 milyard kubmetr təbii qaz istehlak edən Aİ ölkələrinin 110 milyard kubmetrə qədər təbii qaz anbarı var.


Müəllif: Yeganə Oqtayqızı

Oxşar xəbərlər