Türkiyə tərəfindən Rusiya və Qətər Qara Dəniz Taxıl Təşəbbüsünü əvəz edəcək yeni saziş hazırlanır.
Teleqraf.com xəbər verir ki, bu iddia ilə Almaniya mətbuatı çıxış edib.
Bildirilir ki, Moskva Qara Dəniz Taxıl Təşəbbüsündən çıxmaq niyyəti barədə Ankaranı əvvəlcədən məlumatlandırıb. Məqalədə üç ölkənin əvvəlki razılaşmanın yerinə yeni bir razılaşma üçün danışıqlar apardığı da qeyd olunub. Yeni tənzimləmə Rusiyanın taxılını ilk növbədə Afrika ölkələrinə tədarük etməsini, Qətərin tədarükün sponsorluğunu, Türkiyənin isə razılaşmanın koordinasiyasını öz üzərinə götürməsini nəzərdə tutur.
Alman mediası qeyd edib ki, yeni saziş bu həftə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın səfər etdiyi Macarıstanda bağlana bilər.