21 Avqust 2023 12:12
969
12 Punto 14 Punto 16 Punto 18 Punto

Avropada təbii qaz fyuçerslərinin qiyməti yüksəlməkdə davam edir.

Teleqraf.com xəbər verir ki, qiymətlər dünyanın ən böyük mayeləşdirilmiş təbii qaz (LNG) ixracatçısı olan Avstraliyadakı LNG zavodunun işçilərinin tətili ilə bağlı narahatlıqlar fonunda artıb.

Avropanın etalon müqaviləsi olan Hollandiyanın gələn ay üçün qazın qiyməti 18 faiz artaraq meqavat saat üçün 42,90 avroya çatıb.

Tətildən təsirlənən LNG qurğularını idarə edən iki şirkətdən biri olan “Woodside Energy Group”un işçiləri çərşənbəyə qədər razılıq əldə olunmasa, sentyabrın 2-də tətil edəcəklərini bildiriblər.

Bildirilir ki, Avstraliyada mümkün tədarük pozğunluqları qlobal LNG ixracatının 10 faizinə təsir edə bilər.


Müəllif: Yeganə Oqtayqızı