23 Avqust 2023 15:51
5 638
12 Punto 14 Punto 16 Punto 18 Punto

Braziliya, Rusiya, Hindistan, Çin və Cənubi Afrika Respublikasının birləşdiyi BRİKS bloku dollardan istifadəni azaltmaq üçün addımlar atır.

Teleqraf.com xəbər verir ki, Cənubi Afrikanın Yohannesburq şəhərində BRİKS-in 15-ci sammiti keçirilib.

Sammitə video formatda qatılan Rusiya Prezidenti Vladimir Putin BRİKS ölkələri arasında ticarətdə dolların payını mərhələli şəkildə azaltdıqlarını bildirib: “İqtisadi əlaqələrimizin dedollarizasiyası prosesi getdikcə sürətlənir. Təxminən 3 milyard insanın yaşadığı BRİKS ölkələri qlobal iqtisadiyyatın təxminən 26 faizini təşkil edir. BRİKS ölkələri alıcılıq pariteti baxımından “G-7” ölkələrini geridə qoyur”.


Müəllif: Yeganə Oqtayqızı