24 Avqust 2023 13:11
1 236
12 Punto 14 Punto 16 Punto 18 Punto

Car ilin iyul ayında ABŞ dolları ilə aparılan əməliyyatların beynəlxalq ödənişlərdəki rolu 46 faizə yüksələrək rekord qırıb.

Teleqraf.com xəbər verir ki, bunu qlobal maliyyə mesajlaşma xidməti “Swift” açıqlayıb.

Xidmətin məlumatına görə, ABŞ dollarının beynəlxalq ödənişlərdə rolu artıb. Əməliyyatların sayına görə ən çox satılan valyuta ABŞ dolları, ondan sonra avro, ingilis funt sterlinqi, yapon yeni və Çin yuanı olub.

Ötən ay beynəlxalq ödənişlərdə ABŞ dolları və avronun istifadəsi arasındakı fərq 22 bəndədək artıb.

İyul ayında Çin yuanının ödənişlərdə istifadə nisbəti 3 faizdən çox artıb. 2010-cu ildə bu göstərici cəmi 0,03 faiz olub.


Müəllif: Yeganə Oqtayqızı

Oxşar xəbərlər