25 Avqust 2023 13:08
8 553
12 Punto 14 Punto 16 Punto 18 Punto

Braziliya, Rusiya, Hindistan, Çin və Cənubi Afrika Respublikasının birləşdiyi BRİKS-in 15-ci zirvə toplantısının bağlanış mərasimi keçirilib.

Teleqraf.com xəbər verir ki, sammitdə bloka üzv ölkələr arasında ticarətdə yerli valyutalardan istifadənin dərinləşdirilməsi müzakirə edilib.

Braziliya Prezidenti Luiz İnasio Lula da Silva çıxışında bildirib ki, BRICS-in heç bir üzvü öz ölkələrinin valyutalarını dəyişmək istəmir: “Biz ABŞ dollarından asılı olmadan biznesin inkişaf etməsinə imkan verən valyuta yaratmaq istəyirik. Dünyada dolların milli valyuta olacağına qərar verən bir forum olmayıb. Ancaq yeni bir valyuta mövzusunda tələsik qərar verməyəcəyik”.

Qeyd edək ki, Səudiyyə Ərəbistanı, İran, Misir, Efiopiya, BƏƏ və Argentina yanvarın 1-də sözügedən bloka qoşulmağa hazırlaşır. Bununla yanaşı, Argentinanın iki aparıcı prezidentliyə namizədi BRİKS-ə üzvlük əleyhinə bəyanatlar verib.


Müəllif: Yeganə Oqtayqızı

Oxşar xəbərlər