29 Avqust 2023 10:39
673
12 Punto 14 Punto 16 Punto 18 Punto

Dünya bazarında "Azeri Light" markalı Azərbaycan neftinin 1 barelinin qiyməti dəyişməyərək 88,56 ABŞ dolları təşkil edib.

Teleqraf.com xəbər verir ki, qiymətin sabit qalmasına səbəb Böyük Britaniyada ənənəvi Bank Bayramının keçirilməsidir. Belə ki, hər il avqustun sonuncu bazar ertəsi bu ölkədə adıçəkilən bayram təşkil edilir və nəticədə həmin gün qeyri-iş günü olur. Bu il isə həmin bayram 28 avqust tarixinə düşüb.

Dünən hərracların nəticələrinə görə, “Brent” markalı neftin oktyabr fyuçersləri 83,87 ABŞ dollarına satılıb.

Azərbaycanın builki dövlət büdcəsində bir barel neftin orta qiyməti 60 ABŞ dollarından hesablanıb.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər