1 Sentyabr 2023 13:12
834
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Azərbaycan İqtisadiyyat Nazirliyi və Çinin Milli İnkişaf və İslahat Komissiyası arasında istehsal gücləri və investisiya əməkdaşlığının gücləndirilməsi haqqında Çərçivə Sazişi” imzalanıb.

Teleqraf.com xəbər verir ki, bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov özünün "X" sosial şəbəkəsində yazıb.

Nazir qeyd edib ki, saziş Çinin Milli İnkişaf və İslahat Komissiyasının sədri Cenq Şanciye ilə görüşdə imzalanıb. Onun sözlərinə görə, sazişin icrası ikitərəfli iqtisadi əlaqələrin gücləndirilməsinə və investisiya sahəsində əməkdaşlığın möhkəmləndirilməsinə töhfə verəcək.

"C.Şanciye ilə görüşdə Azərbaycan-Çin iqtisadi münasibətlərinin inkişafı istiqamətində reallaşdırılan təşəbbüslər, ölkəmizin “Bir kəmər, bir yol” layihəsində iştirakı, qarşılıqlı investisiyaların təşviqi və əməkdaşlığın möhkəmləndirilməsi barədə fikirlərimizi bölüşdük", - deyə nazir bildirib.

Qeyd edək ki, iqtisadiyyat naziri Mikayıl Cabbarovun rəhbərlik etdiyi nümayəndə heyəti hazırda Çində rəsmi səfərdədir. Səfər çərçivəsində Pekində Azərbaycan Ticarət Evinin açılış mərasimi və digər tədbirlər nəzərdə tutulub.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər