2 Sentyabr 2023 11:32
774
12 Punto 14 Punto 16 Punto 18 Punto

“İnflyasiyanın hədəflənmiş səviyyəyə qaytarılması üçün aparılan mübarizə şəraitində qlobal faiz dərəcələrinin uzun müddət yüksək qalacağını gözləyirik. Üstəlik, faiz dərəcələrinin uzun müddət aşağı olduğu dövrə dönməyəcəyini düşünmək üçün səbəblər var”.

Teleqraf.com xəbər verir ki, bunu Beynəlxalq Valyuta Fondunun (BVF) Birinci vitse-prezidenti Gita Qopinat deyib.

O, qlobal maliyyə şərtlərinin daha da çətinləşdiyinə diqqət çəkib: “Geoiqtisadi fərqliliyin artması və iqlim dəyişikliyinin çoxalan xərcləri səbəbindən inkişaf etməkdə olan bazarlar üçün xarici şərtlər dəyişib. Bu dəyişikliklər iqtisadi mühitlə bərabər, dünyanı da qeyri-sabit və qeyri-müəyyən hala gətirib”.

Gita Qopinat qeyd edib ki, inkişaf etməkdə olan ölkələr çətin iqtisadi mühit qarşısında öz maliyyə buferlərini yenidən qurmalıdır: “Bazarlar ticarətin diversifikasiyası və islahatlar vasitəsilə fərqliliyə qarşı dayanıqlılığı artırmalı, maliyyə və sosial cəhətdən davamlı iqlim strategiyasını həyata keçirməlidir. Hər cür çətinliyin aradan qaldırılması üçün makroəsasların gücləndirilməsi kritik əhəmiyyət kəsb edir”.


Müəllif: Yeganə Oqtayqızı

Oxşar xəbərlər