2 Sentyabr 2023 10:49
745
12 Punto 14 Punto 16 Punto 18 Punto

Səudiyyə Ərəbistanının xam neft ixracı avqust ayında 5,6 milyon barelə düşüb. Bu, 2021-ci ilin martından bəri ən aşağı səviyyədir.

Teleqraf.com “Bloomberg”ə istinadən xəbər verir ki, iyulda bu rəqəm gündəlik 6,3 milyon barel olub.

Çin və ABŞ da daxil olmaqla əksər əsas istiqamətlərə göndərişlər də son illərdəki ən aşağı səviyyələrə düşüb.

Neft İxrac Edən Ölkələr Təşkilatı (OPEC) və onun müttəfiqləri, o cümlədən Rusiya, xüsusilə də əsas neft istehlakçısı Çində ləng tələbin əlamətləri fonunda bazarı dəstəkləmək üçün son vaxtlar tədarükün məhdudlaşdırılmasına əl atıblar.

Səudiyyə Ərəbistanı mövcud məhdudiyyətlərə əlavə olaraq, iyul ayından etibarən gündəlik 1 milyon barel hasilatı birtərəfli azaldacağını açıqlayıb.


Müəllif: Yeganə Oqtayqızı

Oxşar xəbərlər