Moskva 300 MVt elektrik enerjisini Azərbaycan ərazisi ilə Ermənistana, oradan isə digər ölkələrə çatdırmaq imkanını nəzərdən keçirir.
Teleqraf.com xəbər verir ki, bunu Rusiyanın energetika naziri Nikolay Şulqinov deyib.
“İndi Azərbaycan ərazisi ilə Ermənistana, oradan İrana, ola bilsin ki, başqa ölkələrə də elektrik enerjisinin verilməsi imkanlarını nəzərdən keçiririk. Birinci mərhələdə biz Tehran və Bakı ilə razılaşırıq ki, mövcud infrastrukturdan yeni tikinti aparılmadan istifadə edə bilsinlər”, - Rusiya rəsmisi bildirib.
Şulqinovun sözlərinə görə, layihənin bütün iştirakçıları bu məsələdə maraqlıdırlar.