Azərbaycanla Macarıstan arasında birgə layihələr üzrə tərəfdaşlığın səmərəli nəticələri barədə müzakirələr aparılıb.
Teleqraf.com xəbər verir ki, bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov feysbuk hesabında bildirib.
"Macarıstana səfərimiz çərçivəsində bu ölkənin Baş naziri Viktor Orbanın qəbulunda olduq. İki ölkə arasında münasibətlərin inkişaf dinamikası, əməkdaşlıq perspektivləri barədə danışdıq", - deyə nazir paylaşımında qeyd edib.