12 Sentyabr 2023 19:36
515
12 Punto 14 Punto 16 Punto 18 Punto

Sentyabr 12-də Azərbaycan Respublikası İqtisadi Şurasının sədri, Baş nazir Əli Əsədovun rəhbərliyi ilə keçirilən iclasın gündəliyində Azərbaycan Respublikası Prezidentinin 2024-cü il və ortamüddətli dövr üçün müəyyən etdiyi prioritetlərin və hədəflərin əsasında hazırlanan 2024-cü və sonrakı üç il üzrə icmal və dövlət büdcələrinin proqnoz göstəriciləri, büdcə proqnozlarında istifadə olunan əsas fərziyyələr, büdcə qaydasının parametrləri üzrə hədəf göstəriciləri, 2024-2027-ci illərdə büdcə siyasəti, milli xərc prioritetləri, Böyük Qayıdış Proqramının maliyyələşdirilməsi, Ortamüddətli Xərclər Çərçivəsinin parametrləri, ortamüddətli dövr üçün sosial-iqtisadi inkişaf proqnozları və digər cari məsələlər ətraflı müzakirə olunub.

Teleqraf.com xəbər verir ki, iclasda iqtisadiyyat naziri Mikayıl Cabbarovun, maliyyə naziri Samir Şərifovun və əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayevin məruzələri dinlənilib.

İclasın yekununda 2024-cü ilin büdcə zərfinə daxil olan bütün sənəd və məlumatların Azərbaycan Respublikasının Prezidentinə təqdim edilməsi üçün Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təqdim olunması ilə bağlı aidiyyəti qurumlara müvafiq tapşırıqlar verilib


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər