18 Sentyabr 2023 16:50
625
12 Punto 14 Punto 16 Punto 18 Punto

SOCAR “Azəriqaz” İstehsalat Birliyinin sahibkarlarla növbəti görüşü Balakən rayonunda keçiriləcək.

Teleqraf.com “Azəriqaz”a istinadən xəbər verir ki, İstehsalat Birliyinin İqtisadiyyat Nazirliyinin tabeliyindəki Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) nümayəndəsinin iştirakı ilə “Açıq mikrofon” aksiyası çərçivəsində sahibkarlarla Balakən rayonunda görüşü təşkil olunacaq.

Aksiya Heydər Əliyev Mərkəzinin qarşısında baş tutacaq. “Səyyar qəbul otağı” sentyabrın 20-də saat 11:00-dan 12:00-a qədər sahibkarların xidmətində olacaq.

İstənilən təklif və problemlər yerindəcə aydınlaşdırılacaq və müvafiq qərarlar veriləcək.


Müəllif: Yeganə Oqtayqızı

Oxşar xəbərlər