20 Sentyabr 2023 11:42
677
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyətinin qərarı ilə uçot dərəcəsi 9%, faiz dəhlizinin aşağı həddi 7.5%, faiz dəhlizinin yuxarı həddi isə 10% səviyyəsində dəyişməz saxlanılıb.

Bu barədə Teleqraf.com-a AMB-dən məlumat verilib.

Bildirilib ki, bu qərar aparılmış makroiqtisadi təhlillər, yenilənmiş proqnozlar, daxili və xarici inflyasiya amilləri üzrə risklər balansının dəyişimi nəzərə alınmaqla verilib.

Qeyd edilib ki, pul siyasəti ilə bağlı növbəti qərar 2023-cü il noyabr ayının 1-də açıqlanacaq.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər