Mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq, 16 yanvar 2015-ci il tarixində iqtisadiyyat və sənaye naziri Şahin Mustafayev Neftçalada Salyan, Neftçala və Biləsuvar rayonlarından olan vətəndaşları qəbul edəcək.
İqtisadiyyat və Sənaye Nazirliyinin mətbuat xidmətindən Teleqraf.com-a verilən məlumata görə, vətəndaşların qəbulu saat 11:00-dan etibarən Heydər Əliyev Mərkəzində keçiriləcək.
Qəbula gəlmək istəyən vətəndaşlar qeydiyyata alınmaları üçün Nazirliyin elektron poçt ünvanı və müvafiq telefonlarla əlaqə saxlaya bilərlər.
Bununla yanaşı, vətəndaşlar Nazirliyin internet və facebook səhifələrində xüsusi olaraq yaradılmış “İqtisadiyyat və sənaye nazirinin şəhər və rayonlarda keçirilən qəbulu üçün müraciət” bölmələri vasitəsilə də qəbula yazıla bilərlər.
Naibə QURBANOVA