21 Sentyabr 2023 14:16
799
12 Punto 14 Punto 16 Punto 18 Punto

Gələn il milli valyutanın mübadilə məzənnəsi cari ildəki kimi sabit qalacaq.

Teleqraf.com xəbər verir ki, bu barədə Maliyyə Nazirliyi məlumat yayıb.

Məlumata görə, makroiqtisadi sabitliyin qorunması məqsədilə fiskal və monetar siyasətlərin əlaqələndirilməsinin gücləndirilməsi milli valyutanın mübadilə məzənnəsinin cari ildəki kimi sabit qalmasını dəstəkləyəcək.

İqtisadiyyat Nazirliyi tərəfindən təqdim olunmuş makroiqtisadi proqnozlarda 2024-2027-ci illər üzrə manatın ABŞ dollarına qarşı məzənnəsi 1,7 manat səviyyəsində götürülüb.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər