Dünya Bankı (DB) növbəti üç il ərzində Azərbaycanda 4,4 faiz ÜDM artımını proqnozlaşdırır.
Publika.az xəbər verir ki, 2014-cü ilin iyununda DB Azərbaycanda 2015-ci il üzrə 4,1 faiz artım proqnozlaşdırmışdı.
Dünya Bankı 2016-cı üzrə ölkədə 4,1 faiz artım açıqlayıb. İyunda bu rəqəm 3,6 idi.
Ümumiyyətlə, qurum 2015-2017-ci illər ərzində Azərbaycanda ÜDM-in artımını proqnozlaşdırır. 2017-ci ildə isə müvafiq olaraq bu rəqəm 3,8% nəzərdə tutulur.
Onu da qeyd edək ki, DB eyni hesabatında Rusiya iqtisadiyyatının geriləyəcəyini açıqlayıb.