Neftin qiymətinin qısa müddət ərzində 50 faizdən artıq düşməsi Rusiyanın dövlət büdcəsinə külli miqdarda zərər vurub.
Son 7 həftə ərzində neft qiymətlərinin ardıcıl şəkildə ucuzlşamasına görə, dövlət büdcəsi 3 trilyon rubl itirib.
Teleqraf.com-un məlumatına görə, bu haqda ölkənin maliyyə naziri Anton Siluanov bildirib.
Nazir etiraf edib ki, büdcənin maliyyələşdirilməsi mənbələri ilə bağlı problemlər mövcuddur və mümkün vasitələrlə bu vəziyyətdən lazımdır: "Dövlət o qədər vasitə xərcləyə bilmir, hətta neftin bareli 100 dollar olanda da bu, belə idi”.
Siluanov vurğulayıb ki, belə vəziyyətdə radikal addımlar kəskin inflyasiyaya gətirib çıxara bilər. Xatırladaq ki, Ümümdünya Ticarət Bankı bir qədər əvvəl Rusiya iqtisadiyyatının qısa müddətə azı 4 dəfə zəifləyəcəyini proqnozlaşdırmışdı.
Nail Cəlil