Oktyabr 19-20 tarixlərində Moskvada “Made in Russia” adı altında ən böyük beynəlxalq ixrac forumu keçiriləcək.
Teleqraf.com xəbər verir ki, məlumatı Rusiya İxrac Mərkəzi açıqlayıb.
Forumda beynəlxalq ticarətlə bağlı bir çox məsələlər müzakirə ediləcək. Həmçinin foruma ölkələrlə yanaşı, bir çox beynəlxalq şirkətlər də qatılacaq.
Türk şirkətlərinin də forumda iştirakının gözlənildiyi qeyd olunub.