2 Oktyabr 2023 10:47
523
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ötən həftə ərzində (25-29 sentyabr) dünya bazarlarında "Azeri Light" (CIF) markalı neftin 1 barelinin orta qiyməti 100,586 dollarına bərabər olub ki, bu da əvvəlki həftənin orta qiyməti ilə müqayisədə 0,576 dollar və ya 0,57% azdır.

Teleqraf.com xəbər verirk ki, həftə ərzində ən yüksək göstərici (III gün) – 102,7 dollar təşkil edib, ən minimal göstərici (I gün) isə 99,06 dollar səviyyəsində olub.

Qeyd edək ki, 2022-ci ildə “Azeri Light” (CIF) markalı neftin bir barelinin orta satış qiyməti 103,58 ABŞ dolları təşkil edib. 2021-ci ilin göstəricisi ilə müqayisədə ötən il “Azeri Light” nefti 44,6% bahalaşıb.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər