3 Oktyabr 2023 13:01
1 262
12 Punto 14 Punto 16 Punto 18 Punto

Moldova administrasiyası bütün ölkə ərazisində Rusiya qazının istifadəsini tamamilə dayandırıb.

Teleqraf.com xəbər verir ki, Moldova Energetika Nazirliyi qaz tədarükü üçün Rusiyanın əvəzinə Türkiyəyə üz tutacaqlarını bəyan edib.

Türkiyə Boru Kəmərləri və Neft Nəqliyyatı Anonim Şirkətlərinin (BOTAŞ) məlumatına görə, Moldovanın “East Gas Energy Trading” şirkəti ilə müqavilə imzalanıb.

Bildirilir ki, Moldova oktyabrın 1-dən etibarən Türkiyədən gündəlik 2 milyon kubmetr qaz idxal etməyə başlayıb. “BOTAŞ, ölkəmizi təbii qaz ticarət mərkəzinə çevirmə hədəfi çərçivəsində, “Türkiyə və Avropanın Enerjisi” başlığı ilə təbii qaz ixrac etdiyi ölkələr siyahısına yeni bir Avropa ölkəsini əlavə etdi. Bu kontekstdə BOTAŞ regionda və xüsusilə Moldova enerji bazarında fəaldır”, – deyə açıqlamada qeyd olunub.


Müəllif: Yeganə Oqtayqızı

Oxşar xəbərlər