Macarıstan Baş naziri Viktor Orban İspaniyanın Qranada şəhərində keçirilən Avropa Siyasi Birliyinin sammitindən sonra mətbuata açıqlama verib.
Teleqraf.com xəbər verir ki, macar baş nazir Azərbaycanla bağlı sualı da cavablandırıb.
“Azərbaycan böyük dövlətdir. Qaz dəhlizinin üstündədir, strateji cəhətdən əsas mövqedədir. Rusiya qazını azaltmaq istəyiriksə, Azərbaycana ehtiyacımız var”, - Orban bildirib.
Macarıstan rəhbəri Avropa Birliyinin enerji müstəqilliyi üçün Azərbaycanın önəmli rol oynadığını vurğulayıb.