Dünya bazarında Azərbaycan neftinin qiyməti ucuzlaşıb.
Teleqraf.com xəbər verir ki, “Azeri Light” markalı neftin bir barelinin qiyməti 1,75 dollar azalaraq 93,17 dollar olub.
Azərbaycanın builki dövlət büdcəsində bir barel neftin orta qiyməti 60 ABŞ dollarından hesablanıb.