9 Oktyabr 2023 17:39
886
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyədə aztəminatlı ailələr üçün istifadəyə verilən “Elektrik enerjisi istehlakına dəstək proqramı” ilə ailələrin elektrik enerjisi tarifində 250 TL-yə (13,86 AZN) qədər endirim ediləcək.

Teleqraf.com xəbər verir ki, bu mühüm addım iqtisadi cəhətdən çətin vəziyyətdə olan ailələrin büdcəsinə yeni nəfəs vermək məqsədi daşıyır.

Proqram ev təsərrüfatlarının elektrik enerjisi istehlakı xərclərini daha əlverişli səviyyəyə endirməyi hədəfləyir. Dəstəyin məbləği ailədəki insanların sayından və ailə üzvlərinin xroniki xəstəlik vəziyyətindən asılı olaraq dəyişir.

Dəstək məbləğləri aşağıdakı kimidir:

1-2 nəfərlik ailələr üçün ayda 75 kVt/saat (112,63 lirə - 6.94 AZN).

3 nəfərlik ailələr üçün ayda 100 kVt/saat (150,17 lirə - 9,25 AZN).

4 nəfərlik ailələr üçün ayda 125 kVt/saat (187,71 lirə - 11,56 AZN).

5 və daha çox nəfərdən ibarət ailələrə ayda 5 150 kVt/saat (225,25 lirə – 13,88 AZN).

Həmçinin, xroniki xəstəlik səbəbindən tibbi avadanlıqlardan istifadə etmək məcburiyyətində qalan ailələrə isə ayda 150 kVt/saat (225,25 lirə) əlavə dəstək veriləcək.


Müəllif: Yeganə Oqtayqızı

Oxşar xəbərlər