9 Oktyabr 2023 18:05
17 527
12 Punto 14 Punto 16 Punto 18 Punto

Amerikanın enerji nəhəngi “Chevron” İsrail sahillərindəki “Tamar” təbii qaz yatağında hasilatını dayandırıb.

Teleqraf.com xəbər verir ki, şirkət təbii qaz hasilatını İsrailin Energetika Nazirliyinin tələbi ilə dayandırıb.

“Chevron”un açıqlamasında bildirilir: “Bizim prioritetimiz personalımızın, ətraf mühitin və obyektlərimizin təhlükəsizliyidir. “Leviafan” yatağından müştərilərə təbii qazın verilməsi davam edir”.

Qeyd edək ki, “Tamar” yatağında gündəlik təqribən 7,1-8,5 milyon kubmetr təbii qaz hasil edilir.


Müəllif: Yeganə Oqtayqızı

Oxşar xəbərlər