16 Yanvar 2015 00:31
1 135
12 Punto 14 Punto 16 Punto 18 Punto
Dünya bazarlarında neftin qiyməti kəskin şəkildə bahalaşıb.
ABŞ-ın neft ehtiyatlarının artırılması ilə bağlı xəbərlər yayılsa da neftin qiyməti artıb.
Belə ki, Brent markalı neftin bir barreli 3,42% bahalaşaraq 48,24 olub. WTI markalı neftin bir bareli isə 4,14% bahalaşıb, 47,87 dollara satılır.
Qeyd edək ki, ABŞ analitikləri neftin qiymətinin artmasının müvəqqəti olduğunu deyirlər. Onların fikrincə, dünya bazarlarında neftin qiyməti kəskin şəkildə düşəcək.
Fras körfəzi ölkələri neftin hasilatını azaltmayacağı təqdirdə dünyada neftin bir barrelinin qiyməti 20 dollara qədər düşə bilər. /anspress.com/

Müəllif:

Oxşar xəbərlər