14 oktyabr Beynəlxalq Elektron Tullantılar Günü kimi qeyd olunur.
Teleqraf.com Beynəlxalq Tullantı Elektrik və Elektron Avadanlıqlar (WEEE) Forumunun hesabatına istinadla xəbər verir ki, elektron tullantıların miqdarı hər il 9 milyard kiloqrama çatır.
WEEE Forumunun elektron tullantılar arasında görünməz kateqoriya kimi müəyyən etdiyi kabellər, elektron oyuncaqlar, elektron siqaretlər, pultlar, kompüter klaviaturaları, qulaqlıqlar, dinamiklər, elektrik diş fırçaları və kiçik məişət texnikası kimi elektron tullantılar təkrar emal əvəzinə, tullantıya gedən hissənin iqtisadi ölçüsü hər il 10 milyard dollara çatır.
Bu elektron tullantıların 3,2 milyard kiloqramı elektron oyuncaqlar, o cümlədən yarış avtomobili dəstləri, elektrik qatarları, musiqili oyuncaqlar və digər robotik cihazlardan ibarətdir. Ümumilikdə hər il 7,3 milyard elektron oyuncaq zibilə atılır.
Çəkisi 6 Eyfel qülləsi qədər olan elektron siqaretlər...
Parisdəki Eyfel qülləsinin ağırlığından 6 qat böyük olan 844 milyon ədəd elektron siqaret və asanlıqla təkrar emal oluna bilən mis ehtiva edən 950 milyon kiloqram kabel də elektron tullantı olmasına baxmayaraq qiymətləndirilmir.
BMT-nin məlumatına görə, e-tullantıların təkrar emal üçün toplanması dünya üzrə orta hesabla 17 faizdir. Avropada bu nisbət 55 faiz təşkil edir. Bu il adambaşına 8 kiloqram elektron tullantının əmələ gələcəyi təxmin edilir.
E-tullantıların lazımi qaydada təkrar emalı və iqtisadiyyata gətirilməsi üçün heç bir beynəlxalq protokol və ya razılaşma yoxdur. “Görünməz” olaraq xarakterizə edilən bu elektron tullantılar, öz xüsusiyyətlərinə görə diqqət çəkmir və istehlakçılar onun təkrar emal oluna bilən potensialını nəzərdən qaçırır. Kritik mineral hasilatının sona çatması üçün heç bir yol yoxdur. Əhali artdıqca, mədən hasilatı davam edəcək və bu minerallar hasil olunacaq, çünki tədarük ehtiyacı davam edəcək.