“Bazarların faiz dərəcələrinin uzun müddət yüksək qalacağına dair qavrayışına müntəzəm olaraq uyğunlaşmağa başlamışıq. Lakin maliyyə şərtlərinin kəskin formada sərtləşməsi bazarlara, banklara və maliyyə institutlarına zərbə vura bilər. Ona görə də güclü maliyyə nəzarəti vacibdir”.
Teleqraf.com xəbər verir ki, bunu Beynəlxalq Valyuta Fondunun (BVF) prezidenti Kristalina Georgieva Mərakeşdə keçirilən BVF-Dünya Bankının illik toplantısında bildirib.
O, iqtisadi sarsıntıların təsirindən qurtulmaq və insanların həyat səviyyəsinin yüksəldiyini görmək üçün lazımi artıma malik olmadıqların qeyd edib: “İqtisadiyyatda dərinləşən fərqliliklərlə qarşı-qarşıyayıq. İlk növbədə inflyasiya ilə mübarizədə qalib gəlməyə diqqət yetiririk. Qiymət sabitliyi artım üçün ilkin şərtdir. Bu, həm də insanları, xüsusilə də cəmiyyətin ən yoxsul təbəqəsini qoruyur. Xüsusilə maliyyə sabitliyini qoruyub saxlamalıyıq. İnflyasiya azalıb, lakin hələ də bir çox ölkələrin hədəflərinin üstündədir. Ona görə də faiz dərəcələri uzun müddət yüksək qalmalıdır”.