14 Oktyabr 2023 22:13
953
12 Punto 14 Punto 16 Punto 18 Punto

Elektronika satışı ilə məşğul olan nəhəng Koreya şirkəti “Samsung” ardıcıl dörd ildir ki, dünyanın ən yaxşı işəgötürənlərin siyahısına başçılıq edir.

Teleqraf.com xəbər verir ki, "Forbes" jurnalı Statista tədqiqat şirkəti ilə birgə müxtəlif ölkələrdə ən yaxşı işəgötürən şirkətlərin siyahısını hazırlayıb.

Tədqiqat zamanı reytinqləri müəyyən etmək üçün dünyanın 50 ölkəsində 170 min insan arasında sorğu keçirilib.

2023-cü il versiyası üzrə 700 şirkət qiymətləndirilib və sıralanıb.

Dünya üzrə 270 372 işçisi olan “Samsung” dünyanın ən yaxşı işəgötürənləri siyahısında birinci yerdə qərarlaşıb. Sorğuda iştirak edən işçilər şirkətlərinin iqtisadi göstəriciləri, iş şəraiti və sosial məsuliyyət kimi suallara cavab veriblər. “Samsung” 2020-ci ildən bəri bu sorğuda birinci yerdədir.

Ardıcıllığı Microsoft, Alphabet (Google), Apple, Ferrari, texnoloji xidmətlər şirkəti İMB, Adobe, Costco Wholesale, BMW Group, Cisco, Airbus, Adidas, Lockheed Martin, Rolex, Dell kimi şirkətlər davam etdirib.


Müəllif: Yeganə Oqtayqızı

Oxşar xəbərlər