“İşğaldan azad edilmiş ərazilərə Böyük Qayıdışa dair I Dövlət Proqramı”nın icrası çərçivəsində dövlət torpaq kadastr uçotu işləri davam etdirilir.
Teleqraf.com xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov "X" sosial media hesabında bildirib.
“Yerquruluşu işləri çərçivəsində indiyə qədər 718 406,5 ha ərazidə çöl ölçmə işləri aparılıb. Zəngilan (70 860 ha), Qubadlı (79 876 ha), Kəlbəcər (195 406 ha), Cəbrayıl (104 936,5 ha) və Laçın (177 417 ha) rayonları üzrə işlər yekunlaşdırılaraq müvafiq kadastr sisteminə miqrasiya olunub, Füzuli (45 636 ha) və Ağdam (44 275 ha) rayonları üzrə isə işlər davam etdirilir", - deyə nazir vurğulayıb.