24 Oktyabr 2023 18:08
7 129
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiyanın beynəlxalq təbii qaz tədarükünü davam etdirmək üçün Türkiyədə qurmağı planlaşdırdığı qaz mərkəzinin yaradılmasına dair yol xəritəsi ilin sonuna qədər həyata keçirilə bilər.

Teleqraf.com TASS-a istinadla xəbər verir ki, bu barədə türk diplomatik dairələrindəki mənbə açıqlama verib.

Mənbənin sözlərinə görə, layihə gözləniləndən tez istifadəyə veriləcək: “Türkiyənin Energetika Nazirliyi ilə “Qazprom” arasında layihənin həyata keçirilməsi istiqamətində əməli addımlar atmağa başlamağa imkan verən yol xəritəsinin hazırlanması və imzalanması ilə bağlı razılıq əldə olunub. Bu, ilin sonuna qədər baş verəcək”.

Qeyd edək ki, oktyabrda Moskvada keçirilən Rusiya Enerji Həftəsində Rusiya baş nazirinin müavini Aleksandr Novak və Türkiyənin enerji və təbii sərvətlər naziri Alparslan Bayraktar Türkiyə ərazisində beynəlxalq qaz mərkəzinin yaradılması məsələsini müzakirə ediblər. Danışıqlardan sonra layihənin yol xəritəsinin tezliklə imzalanacağına dair nikbinlik ifadə olunub.


Müəllif: Yeganə Oqtayqızı

Oxşar xəbərlər