Dünya bazarında "Azeri Light" markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 0,68 ABŞ dolları, yaxud 0,7 % artaraq 92,39 ABŞ dolları təşkil edib.
Bu barədə Teleqraf.com-a neft bazarındakı mənbə məlumat verib.
Dünənki hərracların nəticələrinə görə, “Brent” markalı neftin dekabr fyuçersləri 89,90 ABŞ dollarına satılıb.
Azərbaycanın builki dövlət büdcəsində bir barel neftin orta qiyməti 60 ABŞ dollarından hesablanıb.