31 Oktyabr 2023 10:58
965
12 Punto 14 Punto 16 Punto 18 Punto

SOCAR “Azəriqaz” İB-nin KOBİA nümayəndəsinin iştirakı ilə “Açıq mikrofon” aksiyası çərçivəsində sahibkarlarla Şirvan şəhərində görüşü təşkil olunacaq.

Teleqraf.com xəbər verir ki, aksiya Hacıqəhrəmanlı qəsəbəsində (İcra nümayəndəliyinin qarşısı) baş tutacaq.

“Səyyar qəbul otağı” noyabrın 1-də saat 12:00-dan 13:00-a qədər sahibkarların xidmətində olacaq. İstənilən təklif və problemlər yerindəcə aydınlaşdırılacaq və müvafiq qərarlar veriləcək.


Müəllif: Yeganə Oqtayqızı