19 Yanvar 2015 02:56
633
12 Punto 14 Punto 16 Punto 18 Punto

Futbol üzrə 21 yaşadək qızlardan ibarət Azərbaycan yığması fevralın 13-dən 20-dək İspaniyanın Tarragona şəhərində təlim-məşq toplanışında olacaq.AzərTAc xəbər verir ki, hazırlıq prosesi çərçivəsində yığmamız fevralın 19-da Andorranın U-21 komandası ilə yoldaşlıq oyunu keçirəcək.

Toplanışa Aytac Şərifova (“Təhsil”), Günay İsmayılova (“Fidan”), Nərmin Rəhmanova (“Təhsil”), Güləmbər Qasımova (UGİM Qax), Jalə Məmmədova (“Binə”), Şəfəq Nəsirova (“Canillas”, Madrid, İspaniya), Olya Şioşvili (UGİM Qax), Ləman Bağırova (“Sumqayıt”), Əminə Heydərova (“Fidan”), Kamilla Məmmədova (“Təhsil”), Jalə Məhsimova (“Təhsil”), Sevinc Babayeva (“Təhsil”), Sevinc Cəfərzadə (“Zaqatala”), Nərgiz Hacıyeva

(“Zaqatala”), Manə Mollayeva (“Zaqatala”), Aysun Əliyeva (“Təhsil”), Roza Quliyeva (“Təhsil”), Maya Dangadze (“Canillas”, Madrid, İspaniya), Nigar Cəlilli (“Təhsil”), Aliyə Vəliyeva (“Təhsil”), Suqra Xəlilova (“Zaqatala”) və Süsən Mənsimova (“Təhsil”) dəvət olunublar.


Müəllif:

Oxşar xəbərlər