13 Noyabr 2023 08:15
1 434
12 Punto 14 Punto 16 Punto 18 Punto

Gürcüstan cari ilin on ayında 106,8 min ton aviasiya yanacağı idxal edib. Bu da 2022-ci ilin eyni dövrü ilə müqayisədə 1,3 faiz çoxdur.

Teleqraf.com xəbər verir ki, bu barədə Gürcüstan Neft Məhsulları İdxalatçıları İttifaqının saytında məlumat verilib.

Bildirilir ki, Gürcüstan hesabat dövründə ən çox Türkmənistandan aviasiya yanacağı idxal edib – 49,9 min ton (ümumi idxalın 46,7 faizi). Gürcüstanın aviasiya yanacağı idxal etdiyi ölkələr sırasında Azərbaycan ikinci yerdədir. Hesabat dövründə Gürcüstan ölkəmizdən 23,1 min ton aviasiya yanacağı idxal edib. Bu da ümumi idxalın 21,6 faizini təşkil edir.

Siyahıda ilk beşlikdə sonrakı yerləri Yunanıstan, Türkiyə və Malta tutur.


Müəllif: Teleqraf.com