Bədədiyyələr üçün 12,5 milyon mana dotaisya nəzərdə tutulub. Amma bu dotasiya heç də bələdiyyələrin maliyyə təminatı ilə bağlı məsələlərin tam həlli demək deyil.
Teleqraf.com xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında deputat Azay Quliyev deyib.
Onun fikrincə, yaxşı olar ki, bələdiyyələrin bütün dünyada mövcud olan vergi yığma praktikasına və maliyyə mənbələrinin müxtəlif vergilərdən toplanması praktikasına yenidən qayıdaq: “Xüsusilə təklif edərdim ki, fiziki şəxslərə məxsus avtomobil vergisi, bələdiyyə mülkiyyətində olan torpaqlarda, binalarda və digər obyektlərdə küçə reklamından əldə olunan gəlirlər və yerli əhəmiyyətli tikinti materialları üzrə mədən vergisi bələdiyyələrə verilsin”.